Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın enerji sistemində 4 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Report"un "Azərenerji" ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin iki ayından 4,8% azdır.
Cari ilin iki ayı ərzində istehsal olunan elektrik enerjisinin 1,9 mlrd. kVt/saatdan çoxu fevral ayının payına düşüb.
Qeyd olunub ki, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.