​Azərbaycan martda elektrik enerjisi istehsalını 5% artırıb

​Azərbaycan martda elektrik enerjisi istehsalını 5% artırıb Bu ilin ilk rübündə isə illik artım 1,6% olub
Energetika
6 Aprel , 2015 14:20
​Azərbaycan martda elektrik enerjisi istehsalını 5% artırıb

Bakı. 6 aprel. REPORT.AZ/ Cari ilin mart ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.

Məlumata görə, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mənbənin bildirdiyinə əsasən, 2015-ci ilin I rübü ərzində ölkədə 6,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2014-cü ilin birinci rübü ilə müqayisədə 1,6% çoxdur.

Son xəbərlər

Orphus sistemi