​Azərbaycan Dövlət Neft Şirkəti CNG stansiyalarının şəbəkəsini genişləndirir

​Azərbaycan Dövlət Neft Şirkəti CNG stansiyalarının şəbəkəsini genişləndirir İlin sonuna kimi "SOCAR" brendi ilə daha üç qazdoldurma stansiyası istifadəyə verilə bilər
Energetika
12 Aprel , 2016 10:08
​Azərbaycan Dövlət Neft Şirkəti CNG stansiyalarının şəbəkəsini genişləndirir

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il CNG stansiyalarının sayını artıracaq. "Report" xəbər verir ki, bunu SOCAR emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

D.Məmmədov qeyd edib ki, ilin sonuna kimi "SOCAR" brendi ilə daha üç qazdoldurma stansiyası istifadəyə verilə bilər.

Şirkət rəsmisi əlavə edib ki, hazırda "BakuBus" MMC-nin avtobusları sıxılmış təbii qazla (CNG) işləyir və istehlakçıları bu yanacaqla təmin edən analoji stansiyaların sayı hazırda 2 ədəddir.

Son xəbərlər

Orphus sistemi