Azərbaycan Dövlət Neft Fondu bu il AÇG və "Şahdəniz" layihələrindən 1,5 mlrd. dollar qazanıb

Azərbaycan Dövlət Neft Fondu bu il AÇG və "Şahdəniz" layihələrindən 1,5 mlrd. dollar qazanıb Azərbaycan indiyədək bu layihələrdən ümumilikdə təxminən 121 mlrd. dollar əldə edib
Energetika
4 May , 2016 12:21
Azərbaycan Dövlət Neft Fondu bu il AÇG və Şahdəniz layihələrindən 1,5 mlrd. dollar qazanıb

Bakı. 4 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,538 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 1,493 mlrd. dolları AÇG-dən mənfəət nefti, 45 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il mayın 1-dək ARDNF-yə AÇG-dən 118,502 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,488 mlrd. dollar vəsait daxil olub.

Son xəbərlər

Orphus sistemi