​Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üçün kredit cəlb edilə bilər

​Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üçün kredit cəlb edilə bilər SOCAR: Şərtlər sərfəli olarsa, layihə üçün 7 mlrd. dollar kredit alına bilər
Energetika
5 Noyabr , 2015 12:00
​Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üçün kredit cəlb edilə bilər

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından kredit cəlb edilə bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov bildirib.

SOCAR rəsmisi layihənin icrası çərçivəsində Cənub Qaz Dəhlizi şirkətinin yaradıldığını xatırladıb: "Bu şirkətdə İqtisadiyyat və Sənaye Nazirliyi 51%, SOCAR isə 49% paya malikdir. Bu şirkət Maliyyə Nazirliyi ilə birgə beynəlxalq maliyyə qurumları olan EBRD, IFC , ADB və s. ilə kreditin cəlb edilməsi üçün danışıqlar aparır. Əgər şərtlər sərfəli olarsa, kredit cəlb edilə bilər, yəni, ən aşağı faizlər olsa, kredit cəlb olunacaq".

"Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payı 14 mlrd. dollar təşkil edir. Əgər təkliflər sərfəli olarsa, layihə üçün 7 mlrd. dollar həcmində kredit götürülə bilər", - deyə Z.Qəhrəmanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi