Bakı. 2 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayında ölkənin enerji sistemində 2,1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə “Report”a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, cari ilin ötən 8 ayı ərzində isə 14,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, ötən illə müqayisədə bu ilin avqust ayında enerji istehsalı 0,2 mlrd. kVt/saat yaxud 10,53% artıb. Amma bu ilin 8 ayında isə 2015-ci ilin müvafiq dövrünə nəzərən enerji istehsalı 0,5 mlrd. kVt/saat və ya 3,27% azalıb.
Qurumdan bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsinin davam etdirildiyi açıqlanıb.