​Azərbaycan bu il "AÇG" və "Şahdəniz" layihələrindən 5,2 mlrd. dollar qazanıb

​Azərbaycan bu il "AÇG" və "Şahdəniz" layihələrindən 5,2 mlrd. dollar qazanıb Azərbaycan Dövlət Neft Fondunun bu layihələrdən indiyədək ümumi gəlirləri 117,5 mlrd. dollara çatır
Energetika
2 Sentyabr , 2015 13:13
​Azərbaycan bu il AÇG və Şahdəniz layihələrindən 5,2 mlrd. dollar qazanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.

Fonddan "Report"a verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında "AÇG" yataqları üzrə ARDNF-yə 4 941 mln. ABŞ dolları, "Şahdəniz" yatağı üzrə isə 247 mln. dollar daxil olub.

Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" yataqlar bloku üzrə əldə olunan ümumi gəlirlər 115,092 mlrd. dollar, "Şahdəniz" yatağı üzrə isə 2007-ci ildən etibarən 2,367 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi