Azərbaycan-Böyük Britaniya əməkdaşlığı mövzusunda tədbir və “Azərbaycanı kəşf et” kitabının təqdimatı keçirilib - FOTO

Azərbaycan-Böyük Britaniya əməkdaşlığı mövzusunda tədbir və “Azərbaycanı kəşf et” kitabının təqdimatı keçirilib - FOTO Kitab Böyük Britaniyanın Kembric, Oksford universitetlərinə və London İqtisadiyyat Kollecinə təqdim olunub
Energetika
14 Mart , 2016 19:37
Azərbaycan-Böyük Britaniya əməkdaşlığı mövzusunda tədbir və “Azərbaycanı kəşf et” kitabının təqdimatı keçirilib - FOTO

Bakı. 14 mart. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı: Ətraf mühitin mühafizəsində əməkdaşlıq” mövzusunda tədbir və “Azərbaycanı kəşf et” kitabının təqdimat mərasimi keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə Böyük Britaniyanın İqtisadiyyat və Sərmayələr üzrə dövlət naziri, Böyük Britaniyanın Lordlar Palatasının üzvləri, BP və SOCAR rəsmiləri, Azərbaycanın Böyük Britaniyadakı səfiri, diplomatik korpus nümayəndələri iştirak ediblər.

Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Richard Rizbi təşkil olunan bu tədbirin artıq gözəl ənənəyə çevrildiyini vurğulayıb. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-BP münasibətlərinin tarixindən, iki şirkətin səmərəli əməkdaşlıq və etimad üzərində qurulmuş əlaqələrindən danışıb, Azərbaycanda iqlim dəyişmələrinə mənfi təsirlərin azaldılması və qlobal istiləşmə sahəsində görülən işlər, SOCAR-ın həyata keçirdiyi qlobal layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verib.

BP-nin Avropa və Böyük Britaniya üzrə qrup vitse-prezidenti Piter Metr iki ölkə arasında böyük tarixə malik dostluq münasibətlərindən söz açıb, BP və SOCAR-ın hərtərəfli əməkdaşlıq əlaqələrinin get-gedə dərinləşdiyini bildirib. Lord David Evans, iki ölkə arasında mövcud səmimi münasibətlərin tarixindən danışıb, həmmüəllifi olduğu “Azərbaycanı kəşf et” kitabının əhəmiyyətindən söz açıb. Böyük Britaniyanın İqtisadiyyat və Sərmayələr üzrə dövlət naziri Frensis Maud kitabın iki ölkə arasında mədəni körpü rolunu oynadığını bildirib. Qeyd olunub ki, kitab Böyük Britaniyanın Kembric, Oksford universitetlərinə və London İqtisadiyyat Kollecinə təqdim olunub. Tədbirin sonunda Lord Riçard Rizbi kitabı Oksford Universitetinin Vadham Kollecinin direktoru Lord Ken Makdonalda təqdim edib. Lord Devid Evans və Rəfiqə Hüseynzadənin həmmüəllifləri olduğu “Azərbaycanı kəşf et” kitabının təqdimatından sonra ziyafət olub.                              

Son xəbərlər

Orphus sistemi