​Azərbaycan Asiya neft bazarında iştirakını genişləndirib

​Azərbaycan Asiya neft bazarında iştirakını genişləndirib SOCAR ötən il ixrac etdiyi neftin 20%-ni Asiya bazarına yönəldib
Energetika
10 Aprel , 2015 11:00
​Azərbaycan Asiya neft bazarında iştirakını genişləndirib

Bakı. 10 aprel. REPORT.AZ/ Ötən il Azərbaycandan ümumilikdə 35 mln. ton neft ixrac edilib ki, bunun da 24,5 mln. tonu Dövlət Neft Şirkətinin (SOCAR) payılna düşüb. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq konfransda çıxış edən SOCAR-ın Marketing və iqtisadi əməliyyatlar İdarəsinin şöbə müdiri Adil Abışov deyib.

A.Abışovun sözlərinə görə, bu, ümumi ixrac edilən neftin 70%-i deməkdir: "Ötən il ixrac edilən neftin 82%-i BTC, 12%-i Bakı-Supsa, 3%-i Bakı-Novorossiysk boru kəməri, qalan 3%-i isə dəmir yolu ilə ixrac olunub".

A.Abışov deyib ki, bu gün SOCAR Azərbaycan neftini 30 ölkəyə ixrac edir: "Avropa bazarında əsas neft idxalçı İtaliya, Almaniya və Fransadır. SOCAR ötən il neftin 20%-ni Asiya bazarına ötürüb. Son illər SOCAR-ın Orta Asiya və Əfqanıstanda neft məhsullarının satış bazarı genişlənib. İxrac edilən neft məhsullarının 12%-i isə Gürcüstan bazarına yönəlib".

Şöbə müdiri əlavə edib ki, "SOCAR Trading"in BƏƏ, Sinqapur, İsveçrədə nümayədəlikləri fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi