Bakı. 3 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə “Report”a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Hesablamalara görə, apreldə elektrik enerjisi istehsalı ötən ilə nisbətən 0,2 mlrd. kVt/saat yaxud 10,53% azalıb.
Cari ilin ilk 4 ayı ərzində isə Azərbaycanda 7,6 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 mlrd. kVt/saat yaxud 7,32% azalıb.
Qurumun açıqlamasına görə, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.