Azərbaycan 2018-ci ildə "Euro-5" benzinin istehsalına başlayacaq

Azərbaycan 2018-ci ildə "Euro-5" benzinin istehsalına başlayacaq SOCAR-ın vitse-prezidenti: "Bu, ekologiyanı düşünməyimizlə bağlıdır"
Energetika
13 May , 2015 15:54
Azərbaycan 2018-ci ildə Euro-5 benzinin istehsalına başlayacaq

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq 2018-ci ildən etibarən Ai-92 və Ai-95 markalı benzin istehsalını "Euro-5" ekoloji standartına uyğun həyata keçirəcək.

"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib: "Bizim bir proqramımız var. Həmin proqrama görə, 2018-ci ildən "Euro-5" standartına uyğun 92 və 95 markalı benzin emal olunacaq".

"Qərar qəbul olunub ki, 2014-cü ilin aprelindən mövcud olan zavodlar Ai-92 markalı benzin istehsal etsin. Ai-95 benzinə olan tələbatın isə idxal hesabına təmin olunması qərara alınıb. "Euro-5" benzini bu gün ekoloji cəhətdən ən təmiz benzin hesab olunur. Bu qərarı verməyimizin səbəbi də ekologiyanı düşünməyimizdir. Ölkədə əsas benzin istehlakçıları Ai-92 benzinin istifadəçiləridir".

Son xəbərlər

Orphus sistemi