Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,42 dollara çatıb
Energetika
20 Noyabr , 2015 09:55
Azərbaycan nefti bahalaşıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,62 dollar yaxud 1,42% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,42 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi