Avstriya şirkəti "Petrol Ofisi"ini satır

Avstriya şirkəti "Petrol Ofisi"ini satır Hazırda bununla bağlı məsləhətçi seçilir
Energetika
12 Fevral , 2016 16:50
Avstriya şirkəti Petrol Ofisiini satır

Bakı. 12 fevral. REPORT.AZ/ Avstriyanın OMV şirkəti Türkiyədə sahib olduğu yanacaqdoldurma şəbəkəsinin operatoru "Petrol Ofisi"ini satır.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda müəssisənin satış proseduruna hazırlanması və müddətin hesablanması üçün məsləhətçi seçilir.

Qeyd edək ki, "OMV Petrol Ofisi" Türkiyədə 2 minə yaxın yanacaqdoldurma məntəqəsi, 1 mineral yağ fabriki, 3 LPG (mayeləşdirilmiş neft qazı) terminalına sahibdir. Şirkət keçən il Türkiyədə 10 mln. ton həcmində satış həyata keçirib.

OMV şirkəti Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan "Nabucco West" qaz kəməri layihəsində səhmdarlardan biri olub.

Son xəbərlər

Orphus sistemi