Avropanın və ABŞ-ın iri neft şirkətlərinin borcları 30% artıb

Avropanın və ABŞ-ın iri neft şirkətlərinin borcları 30% artıb Şirkətlərin borc öhdəlikləri bu ilin birinci rübündə xeyli artıb
Energetika
30 May , 2016 14:54
Avropanın və ABŞ-ın iri neft şirkətlərinin borcları 30% artıb

Bakı. 30 may. REPORT.AZ/ Şimali Amerika və Avropanın 15 iri neft şirkətinin borcları illik  ifadədə 30% artıb. Mart ayının sonuna olan vəziyyətə görə, şirkətlərin birgə xalis borcu son 12 ay ərzində 97 mlrd. dollar artaraq, 383 mlrd. dollar təşkil edib.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir. 

ABŞ-ın "ExxonMobil" şirkətinin xalis borcu mart ayının sonunda 38,3 mlrd. dollara qədər artıb, bir il əvvəl bu göstərici 27,6 mlrd. dollar olub. Böyük Britaniyanın BP şirkətinin borcu isə həmin dövr ərzində 24,6 mlrd. dollardan 30,6 mlrd. dollara qədər artıb. 

Şirkətlərin borc öhdəlikləri bu ilin birinci rübündə - neftin qiymətinin 27 dollardan aşağı düşdüyü müddətdə xeyli artıb. 

Son xəbərlər

Orphus sistemi