Avropa Komissiyasının vitse-prezidenti: "Cənub Qaz Dəhlizi" nəzərdə tutulan vaxtdan tez tikilə bilər"

Avropa Komissiyasının vitse-prezidenti: "Cənub Qaz Dəhlizi" nəzərdə tutulan vaxtdan tez tikilə bilər" Şefçoviç: "Cari qiymət vəziyyətində bu cür layihənin həyata keçirilməsinin gecikdirilməsi yolverilməzdir"
Energetika
3 Mart , 2016 10:29
Avropa Komissiyasının vitse-prezidenti: Cənub Qaz Dəhlizi nəzərdə tutulan vaxtdan tez tikilə bilər

Bakı. 3 mart. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" layihəsi qrafikə uyğun həyata keçirilir və ola bilsin ki, nəzərdə tutulan vaxtdan tez tikilib başa çatdırılsın. 

"Report" "Praym"a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib. 

"Cənub qaz dəhlizi" layihəsi 2019-cu ilədək Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazisindən keçməklə İtaliyanın cənubuna qədər TANAP-TAP qaz kəmərləri sisteminin tikintisini nəzərdə tutur. 

"Layihə üzrə işlər qrafikə uyğun gedir və ola bilsin ki, nəzərdə tutulan vaxtdan tez tikilib başa çatdırılsın", - Şefçoviç qeyd edib. O xatırladıb ki, plana əsasən, "Avropa 2020-ci ildə Xəzər qazını almağa başlayacaq". 

"Cari qiymət vəziyyətində bu cür layihənin həyata keçirilməsinin gecikdirilməsi layihənin dəyərinin potensial artımı baxımından yolverilməzdir. Buna görə "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında başa çatdırılmasını təmin etməkdə qərarımız qətidir", - Şefçoviç vurğulayıb. 

"Bu, olduqca strateji regiondur. Həmin regiona İraq, İran daxildir. Orada, həmçinin Türkmənistan da yerləşir. Bildiyim qədər, Türkmənistan da Avropa istiqamətində qaz ixrac etmək imkanını əldə etmək istəyir. Biz bunu necə həyata keçirmək mövzusunun üzərində işləyirik", - Avropa Komissiyasının vitse-prezidenti deyib. 

Son xəbərlər

Orphus sistemi