​Avropa İttifaqının Azərbaycan və Türkmənistan qazına marağı artıb

​Avropa İttifaqının Azərbaycan və Türkmənistan qazına marağı artıb Maroş Şefçoviç: "Xəzər bölgəsi ölkələri də ixrac marşrutlarının diversifikasiyasını istəyir"
Energetika
25 Fevral , 2015 12:17
​Avropa İttifaqının Azərbaycan və Türkmənistan qazına marağı artıb

Bakı.25 fevral. REPORT.AZ/ Rusiyanın "Cənub axını" təbii qaz kəməri layihəsinə qoşulmaqdan imtina edəcəyi halda Avropa İttifaqı (Aİ) Azərbaycan, Türkmənistan, eləcə də Əlacəzairlə daha geniş əməkdaşlıq etmək istəyir. "Report"un "The Financial Times"a istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin energetika üzrə komissarı Maroş Şefçoviç deyib.

Məlumatda bildirilir ki, bu gün o, Brüsseldə özünün Energetika İttifaqı layihəsini təqdim edəcək. Həmin layihəyə əsasən, bu birlik 2030-cu ilədək qurulmalıdır.

Sənədin qaralama variantına görə, Aİ bu məqsədlə alternativ strateji enerji tədarükçü tərəfdarlar, o cümlədən Azərbaycan, Türkmənistan və Əlcəzairlə əlaqə qurmaq üçün özünün bütün xarici siyasi vasitələrindən istifadə edir.

M.Şefçoviçin sözlərinə əsasən, Aİ üçün enerji sahəsində şaxələnmə vacibdir: "Fikrimcə, Avropa hər il yayda qışı necə çıxarmaq haqda düşünməkdən yorulub. XXI əsrdə dünyanın ən böyük iqtisadiyyatı olan yerdə bu yöndə narahatlıq olmamalıdır. Rusiya vacib tədarükçü olaraq qalsa da, onun təsiri zəifləməlidir" .

Avropalı komissar qeyd edib ki, Avropa enerji mənbələrinin şaxələnməsini istədiyi kimi, Xəzər bölgəsi ölkələri də ixrac marşrutlarının diversifikasiyasını istəyir: "Ortaq maraqlar var. Avropa sanballı istehlakçıdır, vaxtinda möhkəm valyuta ilə ödəmələr edir, aldatmır, heç bir oyunda iştirak etmir. Mənə elə gəlir ki, ən cəlbdeici də budur".

Son xəbərlər

Orphus sistemi