​"ASAN Xidmət" mərkəzlərinə qazla bağlı 7 mindən çox müraciət daxil olub

​"ASAN Xidmət" mərkəzlərinə qazla bağlı 7 mindən çox müraciət daxil olub Bütün müraciətlər həllini tapıb
Energetika
7 İyun , 2016 11:29
​ASAN Xidmət mərkəzlərinə qazla bağlı 7 mindən çox müraciət daxil olub

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin may ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonları və Gəncə şəhərindəki "ASAN Xidmət" mərkəzlərinə təbii qazla bağlı ümumilikdə 7 367 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - deyə qurumdan bildirilib.

Son xəbərlər

Orphus sistemi