“ASAN xidmət” mərkəzləri vasitəsilə “Azərişıq” ASC-yə 71 minə yaxın müraciət daxil olub

“ASAN xidmət” mərkəzləri vasitəsilə “Azərişıq” ASC-yə 71 minə yaxın müraciət daxil olub Təkcə bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə “ASAN xidmət" mərkəzlərinə 32 861 müraciət daxil olub
Energetika
4 Oktyabr , 2016 19:00
“ASAN xidmət” mərkəzləri vasitəsilə “Azərişıq” ASC-yə 71 minə yaxın müraciət daxil olub

Bakı. 4 oktyabr. REPORT.AZ/ “ASAN xidmət" mərkəzlərində “Azərişıq” ASC-nin xidmətlərindən istifadə edənlərin sayı 70 640 nəfəri ötüb. 

“Report”un “Azərişıq” ASC-dən əldə etediyi məlumata görə, təkcə bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə “ASAN xidmət" mərkəzlərinə 32 861 (46,52%) müraciət daxil olub.

Müraciət etmiş abonentlərin 11 645 nəfəri yaxud 16,49%-i ad dəyişmə xidmətinə görə, 21 856 nəfəri yaxud 30,94%-i borcun araşdırılması ilə bağlı, 12 364 nəfəri yaxud 17,50%-i borcun olmamasına dair arayışın verilməsi üçün və 24 775 nəfəri və ya 35,07%-i isə texniki şərt alınması üçün müraciət edib.

“Azərişıq” “ASAN xidmət"ə 2014-cü ilin mayın 15-dən qoşulub.

Xatırladaq ki, dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.

Son xəbərlər

Orphus sistemi