"ASAN Xidmət"lə "Azərişığ"a müraciətlərin sayı 15 mini ötüb

"ASAN Xidmət"lə "Azərişığ"a müraciətlərin sayı 15 mini ötüb Təkcə dekabrda ölkə üzrə 2 841 müraciət daxil olub
Energetika
12 Yanvar , 2016 14:31
ASAN Xidmətlə Azərişığa müraciətlərin sayı 15 mini ötüb

Bakı. 12 yanvar. REPORT.AZ/ “ASAN Xidmət" mərkəzlərində “Azərişıq” ASC-nin xidmətlərindən istifadə edənlərin sayı 15 046 nəfərə çatıb. “Report”un “Azərişıq” ASC-dən əldə etediyi məlumata görə, təkcə dekabr ayında ölkə üzrə 8 “ASAN Xidmət" mərkəzinə 2 841 müraciət daxil olub.

Müraciət etmiş abonentlərin 2 836 nəfəri yaxud 18,85%-i ad dəyişmə xidmətinə görə, 4 346 nəfəri yaxud 28,89%-i borcun araşdırılması ilə bağlı, 1 136 nəfəri yaxud 7,55%-i borcun olmamasına dair arayışın verilməsi üçün və 6 728 nəfəri və ya 44,72%-i isə texniki şərt alınması üçün müraciət edib.

Qeyd edək ki, “Azərişıq” “ASAN Xidmət"ə 2014-cü ilin mayın 15-dən qoşulub.

Xatırladaq ki, dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nin enerji satışı funksiyası yeni quruma həvalə edilib.

Son xəbərlər

Orphus sistemi