​ARDNŞ-nin avqustda Novorossiysk limanından 84 min 760 ton xam neft ixrac edib

​ARDNŞ-nin avqustda Novorossiysk limanından 84 min 760 ton xam neft ixrac edib ARDNŞ yanvar-avqust ayları ərzində Supsa limanından 2 milyon 29 min 456 ton xam neft ixrac etdiyini açıqlayıb
Energetika
2 Sentyabr , 2014 16:33
​ARDNŞ-nin avqustda Novorossiysk limanından 84 min 760 ton xam neft ixrac edib
Bakı. 2 sentyabr. REPORT.AZ/ ARDNŞ 2014-cü ilin avqust ayında Novorossiysk limanından 84 min 760 ton xam neft ixrac edib.

“Report” xəbər verir ki, bu barədə ARDNŞ-nin mətbuat xidməti məlumat yayıb. Qurumun yaydığı məlumata görə 2014-cü ilin avqust ayı ərzində Supsa limanından 242 min 76 ton, Ceyhan limanından 1 milyon 942 min 635 ton xam neft ixrac edilib.

ARDNŞ ümümilikdə yanvar-avqust ayları ərzində Novorossiysk limanından 677 min 785 ton, Supsa limanından 2 milyon 29 min 456 ton, Ceyhan limanından isə 13 milyon 909 min 977 ton xam neft ixrac etdiyini açıqlayıb.

Xatırladaq ki, yayılan məlumatda ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirdiyi deyilib.

Son xəbərlər

Orphus sistemi