Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya və Səudiyyə Ərəbistanı neft hasılatının üç və ya altı ay müddətinə "dondurulmsını" müzakirə edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya və Səudiyyə Ərəbistanı neft bazarının sabitləşməsi üzrə bəyanat imzalayıb, neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər.