Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağsu rayonunun Qaradağ kəndinə təbii qazın verilişi bərpa edilib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 85 abonenti olan Qaradağ kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 8 328 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.