Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 22-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Goranboy rayonunun Borsunlu, Qazanbulaq və Nadirkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.