Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
28 İyul , 2016 17:55
Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq

Bakı. 28 iyul. REPORT.AZ/ İyulun 29-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qax”, “Zaqatala” və “Balakən” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi