Ağcabədi və Şəkidə daha iki kəndə qaz verilib

Ağcabədi və Şəkidə daha iki kəndə qaz verilib İki kəndin 338 abonenti təbii qazla təmin olunub
Energetika
9 Dekabr , 2015 15:10
Ağcabədi və Şəkidə daha iki kəndə qaz verilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən dekabrın 9-da Ağcabədi və Şəki rayonlarının daha 2 kəndinə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, iki kəndin 338 abonenti təbii qazla təmin olunub.

Ağcabədi rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 138 abonenti olan Böyük Kəhrizli kəndinə təbii qaz verilişinin bərpa edilməsi zamanı birpilləli sistem əsasında 9 356 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şəki rayonunun 200 abonentlik Dərəcənnət kəndi də yenidən qazlaşdırılıb. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırılma işlərində 17,2 km-dən artıq polietilen və metal borulardan istifadə edilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi