Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə qazın verilişi bərpa edilib

Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə qazın verilişi bərpa edilib Daha 316 abonent qazla təmin olunub
Energetika
15 Mart , 2016 17:29
Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə qazın verilişi bərpa edilib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Ağcabədi rayonunun Bala Kəhrizli kəndinə təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 316 abonenti olan kəndin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 17 032 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi