Afinada ​Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Afinada ​Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək Azərbaycan nümayəndə heyətinə energetika naziri Natiq Əliyev rəhbərlik edəcək
Energetika
20 May , 2016 13:39
Afinada ​Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakı. 20 may. REPORT.AZ/ Mayın 27-də Afinada (Yunanıstan) Yunanıstan-Azərbaycan iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə energetika naziri, Komissiyanın həmsədri Natiq Əliyev rəhbərlik edəcək. İclasda iki ölkə arasında enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, təhsil, elm, mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri və planlaşdırılan tədbirlər müzakirə ediləcək.

Çoxtərəfli əməkdaşlıq istiqamətində Avropa Qonşuluq Siyasəti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsindəki əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İclasın yekunlarına dair Hökumətlərarası Komissiyasının protokolunun imzalanması nəzərdə tutulub.

Xatırladaq ki, Komissiyanın III iclası 2011-ci il fevralın 2-də Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi