Açılmış ehtiyatlar Rusiyada 2030-cü ilədək hasilata kifayət edəcək

Açılmış ehtiyatlar Rusiyada 2030-cü ilədək hasilata kifayət edəcək 2040-cı ilədək isə hasilat yeni ehtiyatların açılması ilə mümkün olacaq
Energetika
12 Oktyabr , 2016 14:35
Açılmış ehtiyatlar Rusiyada 2030-cü ilədək hasilata kifayət edəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyada əvvəllər açılmış neft ehtiyatları 2030-cu ilədək hasilata kifayət edəcək.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Mineral Ehtiyatlar üzrə Dövlət Komissiyasının baş direktoru İqor Şpurov bildirib.

Onun sözlərinə görə, 2040-cı ilədək isə hasilat yeni ehtiyatların açılması ilə mümkün olacaq: “2030-cu ilədək Rusiyada neft hasilatı tendensiyası sırf açılmış ehtiyatlar və əsasən səmərəliliklə müəyyən olunacaq. Daha doğrusu, 2030-cu ilədək 80% hasilat səmərəli ehtiyatlarla müəyyyənləşəcək. 2030-cu ilədək energetika strategiyasına çatmaq üçün hökumət stimulu təmin etməlidir”.

Komissiya başçısı qeyd edib ki, stimullaşdırma vergi sahəsində, infrsatruktur layihələrinin stimullaşdırılması və yaxud yeni texnologiyalarla ola bilər.

Son xəbərlər

Orphus sistemi