Abu Dabi/Mansuri: ​Neft 60 dollara yüksələ bilər

Abu Dabi/Mansuri: ​Neft 60 dollara yüksələ bilər Neft 27 dollar/barelə enməyəcək
Energetika
6 İyun , 2016 19:38
Abu Dabi/Mansuri: ​Neft 60 dollara yüksələ bilər

Bakı. 6 iyun. REPORT.AZ/ Qlobal neft təklifinin gözləniləndən daha sürətlə azalması neft qiymətlərini 60 dollar/barelə yüksəldə bilər. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Abu Dabi İqtisadi İnkişaf Departamentinin rəhbəri Əli Məcid əl-Mansurinin açıqlamalarına görə, neft bazarında tarazlıq sürətlə bərpa olunur. Hazırda qlobal neft bazarında təklifin tələbi üstələməsi 1.5 mln. bareldən 1.2 mln. barelə enib. 

O, həmçinin bildirib ki, neft qiymətləri bu gün tarazlıq səviyyəsinə çatmayıb: "Bu il qiymətlərin 55-60 dollar/barelə çatacağını düşünürəm. Ümumiyyətlə, neft bazarı qiymətlərin canlanmasını dəstəkləyir. Neft bir daha ilin əvvəlindəki böhran zamanı mövcud olan 27 dollar/barel minimal səviyyəyə enməyəcək". 

Qeyd edək ki, neft qiymətləri cümə günü ABŞ-da aktiv neft quyularının sayının son 6 ayda ilk dəfə artması ilə 50 dollar/bareldən aşağı enib. Əl-Mansurinin açıqlamaları isə neft qiymətlərinin 50 dollar/barel həddini yenidən keçməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi