Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Təmir müddətində Samuxun 3 qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
29 Avqust , 2016 19:15
Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 29 avqust. REPORT.AZ/Avqustun 30-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayrıcı” və Qazax magistral qaz kəmərləri sahəsinin “Ağasıbəyli” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Samux rayonunun Ağasıbəylı, Əhmədbəyli və Əlibayramlı qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Səbail rayonunun 20-ci Sahə qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.                              

Son xəbərlər

Orphus sistemi