​Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

​Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bunun Yeni Zabrat qəsəbəsi və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
7 İyun , 2016 16:16
​Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 7 iyun. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Yeni Zabrat və Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun Yeni Zabrat qəsəbəsinin və Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. 

Son xəbərlər

Orphus sistemi