Abşeron magistral qaz kəmərlərində təmir aparılacaq

Abşeron magistral qaz kəmərlərində təmir aparılacaq Bunun Xəzər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
26 Noyabr , 2015 17:42
Abşeron magistral qaz kəmərlərində təmir aparılacaq

Bakı. 26 noyabr. REPORT.AZ/ Noyabrın 27-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Albalı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işlərinin Bakının Xəzər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi