Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 10-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Səngəçal” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işlərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.