Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Qaradağ rayonunun iki qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
22 Fevral , 2016 17:54
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 23-də saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Semzavod” və “Səngəçal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Son xəbərlər

Orphus sistemi