Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq İşlərin Xəzər rayonunun iki kəndinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
10 Mart , 2016 16:08
Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 10 mart. REPORT.AZ/ Martın 11-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zeytun” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan və Qala kəndlərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.



Son xəbərlər

Orphus sistemi