Abşeron, Hacıqabul, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Abşeron, Hacıqabul, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bir neçə rayonun kəndlərinə qaz verilişində məhdudiyyətlər olacaq
Energetika
15 Sentyabr , 2015 16:38
Abşeron, Hacıqabul, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Pirallahı-Qala magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac”, “Xızı”, “Giləzi” və “Şirvanovka”, Qazax magistral qaz kəmərləri sahəsinin “Avrora” qazpaylama stansiyalarında, həmçinin, bəzi ölçü qovşaqlarında da aparılacaq.

Təmir müddətində İsmayılı rayonunun Qubaxəlilli, Gəraybəyli, Xəlilli və Küllülü, Lənkəran rayonunun Gərmətük, Şilim, Kənarmeşə, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalığçar, Siyavar, Viyən, Şiyəkəran, Aşağı Nüvədi, Kosalar, eləcə də Qusar rayonunun Şirvanovka kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Xəzər rayonunun Zirə kəndinin, Pirallahı rayonunun və Xızı rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. 

Son xəbərlər

Orphus sistemi