​Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

​Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq Bir neçə əraziyə qaz verilişində məhdudiyyətlər yaranacaq
Energetika
7 Sentyabr , 2015 17:23
​Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bolqarıstan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və "Bolqarıstan" sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi