ABŞ şirkəti TAP-ın tikintisi ilə bağlı məsləhət xidmətləri göstərəcək

ABŞ şirkəti TAP-ın tikintisi ilə bağlı məsləhət xidmətləri göstərəcək "Hill International" və "Technipetrol Hellas" arasında müqavilə imzalanıb
Energetika
30 Mart , 2016 17:06
ABŞ şirkəti TAP-ın tikintisi ilə bağlı məsləhət xidmətləri göstərəcək

Bakı. 30 mart. REPORT.AZ/ Tikintidə risklərin idarə edilməsi üzrə böyük şirkətlərdən olan "Hill International" "Technip S.A" şirkətinin filialı olan "Technipetrol Hellas S.A" şirkəti ilə Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı layihə idarə olunmasına dəstək xidmətinin göstərilməsi üçün müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Hill International" şirkəti məlumat yayıb.

Şirkətin baş əməliyyat direktoru Rauf S.Gali (Raouf S.Ghali) bildirib ki, bu layihə enerji təchizatı və ümumilikdə Cənubi Avropanın iqtisadiyyatına böyük təsiri olan layihədir: "Hill" şirkəti "Technip"ə bu vacib layihədə kömək etməkdən məmnundur".

Qeyd edək ki, ABŞ-ın "Hill International" şirkəti proqram idarəçiliyi, layihə idarəçiliyi, tikinti idarəçiliyi və digər sahələrdə məsləhət xidmətləri göstərir.

Son xəbərlər

Orphus sistemi