ABŞ rəsmisi: "Bərpa olunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlıq hər iki dövlət üçün faydalı olacaq"

ABŞ rəsmisi: "Bərpa olunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlıq hər iki dövlət üçün faydalı olacaq" ABŞ Azərbaycana bu istiqamətdə atılan addımlarda dəstək verir
Energetika
22 Aprel , 2016 12:10
ABŞ rəsmisi: Bərpa olunan enerji mənbələri üzrə Azərbaycanla əməkdaşlıq hər iki dövlət üçün faydalı olacaq

Bakı. 22 aprel. REPORT.AZ/ "Azərbaycan və ABŞ arasında bərpa olunan enerji mənbələri üzrə davamlı əməkdaşlıq hər iki dövlət üçün faydalı olacaq". "Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə Bərpa Olunan Enerji üzrə Amerika Şurasının vitse-prezidenti Tom Veyriç bildirib.

"Bərpa olunan enerji sahəsinin inkişafında Azərbaycan və ABŞ arasındakı əməkdaşlığı alqışlayıram. ABŞ tərəfindən Azərbaycana bu istiqamətdə atılan addımlarda dəstəyi qeyd etmək istəyirəm. Bu istiqamətdə davamlı olan əməkdaşlıq hər iki dövlət üçün də faydalı olacaq", - deyə T.Veyriç qeyd edib.

O, bərpa olunan enerjinin əhəmiyyətindən danışaraq bildirib ki, bu sahənin inkişafı digər istiqamətlərdə də imkanlar yaradır: "Bu, həm də yeni nəsil üçün vacibdir. Azərbaycan bu sahədə qloballaşan dünyanın bir üzvünə çevrilməkdə davam edə bilər. Bu baxımdan da çoxsaylı imkanlar təqdim olunur".

Son xəbərlər

Orphus sistemi