ABŞ-ın “Exxon Mobil” korporasiyasının gəliri əsrin əvvəlindən bəri ən aşağı göstəriciyə düşüb

ABŞ-ın “Exxon Mobil” korporasiyasının gəliri əsrin əvvəlindən bəri ən aşağı göstəriciyə düşüb Ötən ilin yanvar-mart aylarına nisbətən şirkətin xalis gəliri təxminən 3 dəfə azalıb
Energetika
29 Aprel , 2016 18:21
ABŞ-ın “Exxon Mobil” korporasiyasının gəliri əsrin əvvəlindən bəri ən aşağı göstəriciyə düşüb

Bakı. 29 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə ABŞ-ın neft konserni "Exxon Mobil"in əldə etdiyi gəlirin səviyyəsi əsrin əvvəlindən bəri şirkətin ən aşağı göstəricisi hesab edilir. Bu barədə şirkətin 2016-cı ilin birinci rübü üçün verdiyi açıqlamada deyilir.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, ötən ilin yanvar-mart aylarına nisbətən dünyanın iri neft şirkətlərindən olan "Exxon Mobil"in gəliri təxminən 3 dəfə azalıb, yəni 4,9 mlrd. dollardan 1,8 mlrd. dollara düşüb.

"Bloomberg"in hesablamalarına görə, bu, 1999-cu ildən bəri ən aşağı göstəricidir. 

Şirkət mənfəətin azalmasının səbəbi kimi bu ilin əvvəlində neft qiymətlərinin minimuma enməsi və neft emalı zamanı aşağı marjanı göstərir.

Son xəbərlər

Orphus sistemi