​ABŞ-da neft şirkətləri fəaliyyətlərini bərpa edirlər

​ABŞ-da neft şirkətləri fəaliyyətlərini bərpa edirlər Aktiv quyuların sayı son 6 ayda ilk dəfə artıb
Energetika
6 İyun , 2016 21:04
​ABŞ-da neft şirkətləri fəaliyyətlərini bərpa edirlər

Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ-ın nüfuzlu neft-qaz sektoru xidmət şirkəti "Baker Hughes" tərəfindən 27 may-3 iyun tarixlərində açıqlanan aktiv neft quyularının sayı 9 ədəd və ya 2,8% artaraq 325 ədədə çatıb.

"Report" xəbər verir ki, bu, 2015-ci il dekabrın 18-dən etibarən ilk artım həftəsidir. 

"Baker Hughes"ə hesabatlarına görə ABŞ-da aktiv neft quyularının sayı 2014-cü il oktyabr ayında ekord 1 609 ədəd təşkil edib. Hazırda aktiv neft quyularının sayı maksimal səviyyədən 1 284 ədəd və ya 5 dəfə azdır.

Keçən həftə Avstraliyanın 4-cü ən böyük bankı olan "Australia and New Zealand Banking Group"un (ANZ) analitiki Daniel Haynz (Daniel Heinz), açıqlamasında ABŞ-ın hazırda mövcud 8,8 mln. barel/gün olan neft hasilatını sabit saxlaması üçün 439 aktiv quyuya sahib olduğunu bildirib. 

Ümumiyyətlə, ABŞ-ın tarixi maksimal gündəlik neft hasilatı 2015-ci ilin iyununda 9,61 mln. barel həcmində qeydə alınıb. Hazırda gündəlik hasilat maksimal hədlə müqayisədə 8,4% aşağıdır.

"Report" analitik qrupu hesab edir ki, neft quyularının sayının artması ABŞ-da neft hasilatını qısa müddət ərzində artmasına səbəb olacaq. Bu da qısa zamanda dünyada neft təklifinin artmasına səbəb olacaq. Neft qiymətlərinin 50 dollar/barel səviyyəsini keçməsi bir müddət sonra qiymətlərin kəskin düşməsinə səbəb olacaq. İlin sonuna neft qiymətlərinin 40 dollar/barel səviyyəsində tarazlanacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi