ABŞ-da neft-qaz quyularının sayındakı artım dayanıb

ABŞ-da neft-qaz quyularının sayındakı artım dayanıb "Report": OPEC-in Əlcəzair sammitinə qədər neft qiymətlərində ciddi dəyişiklik olmayacaq
Energetika
29 Avqust , 2016 15:43
ABŞ-da neft-qaz quyularının sayındakı artım dayanıb

Bakı. 29 avqust. REPORT.AZ/ ABŞ-da avqustun 20-26-da fəaliyyətdə olan neft-qaz quyularının sayında 8 həftə ardıcıl davam edən artım dayanıb. "Report"un "Baker Hughes"ə istinadən verdiyi xəbərə görə, göstəricinin açıqlanmasından sonra neft qiymətləri müvəqqəti olaraq artım göstərib, amma bu gün yenidən azalma tendensiyası başlayıb. 

"Baker Hughes"ə görə, neft quyularının sayı əvvəlki hesabat həftəsi ilə eyni qalıb və 406 ədəd təşkil edib. Qaz quyularının sayı isə 2 ədəd və ya 2,3% azalaraq 83-ə enib. Neft qiymətləri cümə günü həmçinin Yəmənin Səudiyyə Ərəbistanını raket atəşinə tutması və FES rəhbəri Canet Yellenin açıqlamalarından sonra dolların məzənnəsinin ucuzlaşması ilə artmağa başlayıb. Bu gün, avqustun 29-da isə investorların sentyabrda FES-ın uçot dərəcəsini artırması ehtimalını gücləndirməsi, İraqın hasilatı artırması və Əlcəzair sammitində OPEC üzvlərinin razılaşma əldə etməsinin çətinliyi fonunda neft qiymətləri azalmağa başlayıb. Hazırda "Brent" markalı neftin qiyməti cümə günü ilə müqayisədə 1,5% azalaraq 49,4 dollar/barelə enib.

"Report"un analitik qrupu neft qiymətlərində OPEC-in Əlcəzair sammitinə qədər kəskin trend dəyişikliyinin olmayacağını və qiymətlərin 45-55 dollar/barel diapazonunda qalacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi