ABŞ-da aktiv neft-qaz quyularının sayı artır

ABŞ-da aktiv neft-qaz quyularının sayı artır Neftin qiyməti ilin sonuna qədər 40 dollar/bareldən aşağı düşəcək
Energetika
24 Sentyabr , 2016 11:06
ABŞ-da aktiv neft-qaz quyularının sayı artır

Bakı. 24 sentyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının sayı 17-23 sentyabr tarixlərində 5 ədəd və ya 0,98% artaraq 511 ədəd təşkil edib. 

"Report" ABŞ-ın neft-qaz sektoruna xidmət göstərən "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,48% artaraq 418 ədəd, qaz quyularının sayı isə 3 ədəd və yaxud 3,37% artaraq 92 ədəd, qarışıq fəaliyyət göstərən quyu sayı isə sabit qalaraq 1 ədəd olub. Beləliklə keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 223 ədəd və yaxud 34,8%, qaz quyularının sayı isə 105 ədəd və yaxud 53,3%, ümumilikdə isə neft-qaz quyularının sayı 327 ədəd və yaxud 39% azalıb. 

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il, mayın 25-də 316 ədəd olub ki, bu da son 7 il üzrə minimum həddir. Hazırda isə aktiv neft quyularının sayı minimal həddən 32,3% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014- cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 74% aşağıdır.

ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı arada 2 həftə istisna olmaqla 17 həftədir artmaqda davam edir. Bu həftələrin birində azalma, digərində isə sabitlik qeydə alınıb.

Ötən gün səhər saatlarında Səudiyyə Ərəbistanının İran razı olacağı halda neft hasilatını azalda biləcəyi ilə bağlı xəbərlər dünya baarında neftin qiymətini 2% artıraraq 48 dollar/barelə çatdırıb. Lakin, ABŞ-da neft quyularının sayının artması ilə bağlı məlumat qara qızılın yenidən ucuzlaşmasına səbəb olub. "Brent" markalı neft həftənin son iş gününü 3,42% azalma ilə 46,02 dollar/barel səviyyəsində bitirib.

"Report"un analitik qrupu ehtimal edir ki, neftin qiyməti ilin sonuna qədər 40 dollar/barel səviyyəsindən aşağı düşəcək. Lakin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək neft hasilatçısı ölkələrinin qeyri-formal sammiti ərəfəsində neftin qısa müddətli olaraq 50 dollar/barelə kimi bahalaşması mümkündür.

Son xəbərlər

Orphus sistemi