​Bu il 247 çoxmərtəbəli binaya təbii qaz verilib

​Bu il 247 çoxmərtəbəli binaya təbii qaz verilib Həmin binalarda ümumilikdə 4324 ailə yaşayır
Energetika
5 Avqust , 2015 15:05
​Bu il 247 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. 5 avqust. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi 2015-ci ilin yanvar-iyul aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 247 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verlib.

Həmin binalarda ümumilikdə 4324 ailə yaşayır.

“Ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır”, - SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi