Bakıda Suveren Rifah Fondlarının Forumu keçiriləcək

Bakıda Suveren Rifah Fondlarının Forumu keçiriləcək Şahmar Mövsümov: "Əgər əvvəl Asiya bazarına sərmayə yatırılsaydı, indi 10 qat gəlir götürmək olardı"
Energetika
8 İyul , 2015 15:00
Bakıda Suveren Rifah Fondlarının Forumu keçiriləcək

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (RDNF) dəstəyi ilə 2019-cu ildə Bakıda Suveren Rifah Fondlarının beynəlxalq forumu keçiriləcək. "Report" xəbər verir ki, bunu "ADA" Universitetində keçirilən Bakı IX Yay Enerji Məktəbində çıxış edərkən ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.

Ş.Mövsümov sonuncu dəfə bu tədbirin 2014-cü ildə Londonda keçirildiyini xatırladıb.

Fondun valyuta portfeli ilə bağlı danışan Ş.Mövsümov deyib ki, portfelin əsas hissəsi dollar və avroda saxlanılır: "Valyuta portfelimizin 50%-i dollar, 35%-i avro, qalan hissəsi isə rubl, yuan və başqa valyutalardadır. Biz şaxələnməni ona görə belə etmişik ki, valyutalarda olan qalxıb-enmələrdən özümüzü sığortalayaq. Bu gün Asiya bazarına maraq göstəririk. Xüsusən də Asiya fond bazarı bizim üçün cəlbedicidir. Təsəvvür edin, əgər bir müddət əvvəl bu bazara pul yatırılsaydı, indi hər bir dollara görə 10 dollar götürmək olardı".

Ş.Mövsümov ARDNF-nin xaricdə daşınmaz əmlakın uzunmüddətli perspektiv üçün alındığını deyib: "Bizim xaricdə aldığımız əmlakın perspektivi uzunmüddətlidir. Yəni, bunları alanda uzunmüddətli perspektivi düşünmüşük. Ona görə hesab edirəm ki, baş verən hadisələrin ARDNF-nin gəlirlərinə təsiri olmayacaq".

Son xəbərlər

Orphus sistemi