Azərbaycanda yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb

Azərbaycanda yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb Təlimlərdən uğurla keçən və keyfiyyət sertifikatı alan 15 nəfər paytaxtdakı məktəblərə direktor təyin olunub
Elm və təhsil
29 Dekabr , 2014 13:33
Azərbaycanda yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçən və keyfiyyət sertifikatı alan 15 nəfər paytaxtdakı ümumtəhsil müəssisələrinə direktor təyin olunub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin yaydığı hesabatda bildirilir.

Artıq ümumtəhsil müəssisələrini əhatə edən ikinci müvafiq təlimə start verilib. Belə ki, ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqə davam edir.

Ölkədə ilk dəfə olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan 28 758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin ölkənin bütün regionlarını əhatə etməsi nəzərdə tutulub.

2014-2015-ci tədris ilindən ölkənin ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.

Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar.

Son xəbərlər

Orphus sistemi