Azərbaycanda yeni alma və armud sortları yaradılıb

Azərbaycanda yeni alma və armud sortları yaradılıb "Gön-dəri, yun məhsullarının yeni alınan təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilib"
Elm və təhsil
13 Aprel , 2015 13:51
Azərbaycanda yeni alma və armud sortları yaradılıb

Bakı. 13 aprel. REPORT.AZ/ "AMEA-nın Şəki Regional Elmi Mərkəzində son 5 ildə uğurlu elmi nəticələr əldə olunub". Bu barədə "Report"a AMEA-dan bildirilib.

Belə ki, Mərkəzdə ipək çıxımı 8-10 faiz artıq olan, xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılıb.

Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilib. Gön-dəri, yun məhsullarının yeni alınan təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilib. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanıb. Yeni alma və armud sortları yaradılıb. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilib.

Mərkəz tərəfindən bölgə folklorunun toplanması, tədqiqi aparılıb, folklor muzeyi yaradılıb. Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları nəşr edilib.

Son xəbərlər

Orphus sistemi