Mikayıl Cabbarov: "Yaxşı müəllim zəif müəllimdən çox maaş almalıdır"

Mikayıl Cabbarov: "Yaxşı müəllim zəif müəllimdən çox maaş almalıdır" "Hazırda mütəxəssislər bu cür qiymətləndirmə meyarları üzərində çalışır"
Elm və təhsil
18 Aprel , 2016 09:56
Mikayıl Cabbarov: Yaxşı müəllim zəif müəllimdən çox maaş almalıdır

Bakı. 18 aprel. REPORT.AZ/ "Yaxşı müəllim zəif müəllimdən çox maaş almalıdır". "Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bloqqer Vyaçeslav Sapunova müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər bu cür qiymətləndirmə meyarları üzərində çalışır: "Hazırlanacaq mexanizm peşəkar mühitdə geniş müzakirəyə çıxarılacaq. Bu, heç kəsi qorxutmamalıdır. Belə sistemlər müxtəlif ölkələrdə mövcuddur. Onlar bərabərlik yox, ən yaxşıların rəğbətləndirilməsi prinsipinə əsaslanır. Müəllimlərin dərs dediyi şagirdlərin müvəffəqiyyəti, onların çalışdığı məktəbin ümumi nailiyyətləri nəzərə alınacaq".

Son xəbərlər

Orphus sistemi