Yaponiyalı tələbələr Azərbaycanda təhsil almaq istəyir

Yaponiyalı tələbələr Azərbaycanda təhsil almaq istəyir Bu gün Yaponiyada dövlət proqramı xətti ilə 15 azərbaycanlı tələbə təhsil alır
Elm və təhsil
11 Avqust , 2016 15:00
Yaponiyalı tələbələr Azərbaycanda təhsil almaq istəyir

Bakı. 11 avqust. REPORT.AZ/ "Yaponiyada təhsil alan Azərbaycan vətəndaşların sayını dəqiq söyləmək çətindir, amma onu deyə bilərəm ki, bu gün ən azı 15 azərbaycanlı tələbə dövlət proqramı xətti ilə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində oxuyur".

"Report" xəbər verir ki, bunu Yaponiyanın Bakıdakı səfirliyinin birinci katibi Qinqa Kobayaşi deyib.

O xatırladıb ki, indi bir yapon tələbə "ADA" Universitetindəki təhsilini başa vurub.

Q.Kobayaşinin sözlərinə görə, yaponiyalı tələbələrin bəziləri Azərbaycanda təhsil almaq istədiklərini bildiriblər və onlar tezliklə Bakıya gələcəklər.

"Bu gün Yaponiya və Azərbaycan universitetlərinin özləri birgə proqram və layihələr yaradaraq birbaşa münasibətlər qurur", - deyə səfirliyin birinci katibi bildirib.

Son xəbərlər

Orphus sistemi