Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr başlayıb

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr başlayıb Kursu müvəffəqiyyətlə bitirərək sertifikat alan 1373 nəfər xüsusi istedada malik uşaq I sinfə müsahibədənkənar qəbul olunacaq
Elm və təhsil
20 İyun , 2016 13:40
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr başlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin I sinfinə 6 yaşı bu ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların qəbulu məqsədilə müsahibələr başlayıb.

Bu barədə “Report”a idarənin mətbuat xidmətindən bildirilib.

Müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 15-dək mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Müsahibədən mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumatın qeyd olunduğu buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

İdarənin məlumatına görə, ümumilikdə bu günədək 6 yaşı tamam olmayan 4 171 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçib. Artıq 6 yaşı tamam olmayan 2 740 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçən valideynlərə (və ya qanuni nümayəndələr) şəxsi kabinetə daxil olaraq müsahibədən qeydiyyatdan keçmək və buraxılış vərəqəsini çap etmək barədə “sms" göndərilib, onlardan 1948 nəfər müsahibədə iştirak üçün buraxılış vərəqəsi çap etdirib.

Valideynlər müsahibənin nəticələrinə dair “sms” aldıqdan sonra məktəbə qəbul üçün müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.

Təhsil nazirinin əmrinə əsasən müəyyən edilən məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirən uşaqların valideynləri isə mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər.

Qeyd edək ki, kursu müvəffəqiyyətlə bitirərək sertifikat alan 1373 nəfər xüsusi istedada malik uşaq I sinfə müsahibədənkənar qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi